Saleh Heydərov dünya birinciliyində bürünc qazanıb - FOTO

Xəbərlər
14 May 2025 19:35
36
Saleh Heydərov dünya birinciliyində bürünc qazanıb - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda bir medal qazanıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Saleh Heydərov bürünc medala layiq görülüb.

Qızıl İran idmançısına, gümüş isə Qazaxıstan taekvondçusuna qismət olub. Ukrayna təmsilçisi isə Salehlə birlikdə üçüncü yeri tutub

İdman.biz