Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından İdman.biz-a verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.
Federasiyasının dəstəyi ilə yarışda iştirak edən yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.
Qeyd edək ki, parataekvondo yığmamız Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.
İdman.biz