Taekvondoçular üçün ilk - FOTO

Xəbərlər
2 İyul 2024 19:26
76
Taekvondoçular üçün ilk - FOTO

Kiçik yaşlı yeniyetmə oğlan və qız taekvondoçuların ilk təlim-məşq toplanışına start verilib.

İdman.biz xəbər verir ki, hazırlıq Azərbaycan Taekvondo Federasiyasının zalında keçirilir.

Toplanışa ilk ölkə çempionatında fərqlənən idmançılar cəlb olunublar. Toplanışa baş məşqçi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımov rəhbərlik edir.

Qeyd edək ki, hazırlıq iyulun 5-də yekunlaşacaq.

İdman.biz