Taekvondoçularımız Serbiyada 2 medal qazanıb - FOTO

Xəbərlər
15 Aprel 2024 12:42
Taekvondoçularımız Serbiyada 2 medal qazanıb - FOTO

Belqradda taekvondo üzrə Serbiya açıq çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışı 2 medalla başa vurub.

Komandamızın heyətində Taleh Süleymanov (+87 kq) finala kimi uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib. Səyyad Dadaşov (54 kq) isə Serbiya açıq çempionatını bürünc mükafatla başa vurub.

İdman.biz

Məqalədə: