Eltac Qafarov İslam Oyunlarında yarımfinalda uduzub - YENİLƏNİB + FOTO

Xəbərlər
17 Noyabr 2025 15:37
58
Eltac Qafarov İslam Oyunlarında yarımfinalda uduzub - YENİLƏNİB + FOTO

Azərbaycanlı taekvondoçu Eltac Qafarov (+82 kq) hazırda Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında 1/2 finalda Qazaxıstan idmançısı Baurjan Khassenova 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Qafarovu indi üçüncü yer uğrunda mübarizə gözləyir.

Qeyd edək ki, indiyə qədər Azərbaycan taekvondoçuları VI İslam Həmrəyliyi Oyunlarında iki medal qazanıblar: gümüş medal - Minayə Əkbərova (48 kq) və bürünc medal - Qaşım Maqomedov (60 kq).

14:13

Azərbaycanlı taekvondoçu Eltac Qafarov (+82 kq) hazırda Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında 1/4 finalında Qırğızıstan idmançısı Əbdüləzim Abdurahimovu məğlub edərək yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, bu qələbə taekvondo komandamıza medal sayını artırmaq şansı verir.

Qeyd edək ki, indiyə qədər Azərbaycan taekvondoçuları VI İslam Həmrəyliyi Oyunlarında iki medal qazanıblar: gümüş medal - Minayə Əkbərova (48 kq) və bürünc medal - Qaşım Maqomedov (60 kq).

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: