Taekvondo üzrə dünya çempionatında iki idmançımız medal şansını saxlayır

Xəbərlər
28 Oktyabr 2025 11:35
69
Taekvondo üzrə dünya çempionatında iki idmançımız medal şansını saxlayır

Azərbaycan taekvondoçuları hazırda Çinin Usi şəhərində keçirilən dünya çempionatında uğursuz çıxış edirlər.

İdman.Biz-in məlumatına görə, mundialda Azərbaycanı baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minaya Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) təmsil edirlər.

Adları çəkilən idmançılardan yeddisi artıq çıxışını başa vurub və medalsız qalıb. Onların arasında bu gün ilk görüşdə məğlub olan Riyad Şirəliyev (68 kq) də var.

Azərbaycanın iki taekvondoçusu isə medal şansını saxlayır. Bunlar 2022-ci il dünya çempionatının bürünc mükafatçısı Cavad Ağayev və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovdur.

Vüqar Vüqarlı

İdman.Biz