Azərbaycan taekvondo millisi dünya çempionatına hazırlıqlarını başa vurub - FOTO

Xəbərlər
16 Oktyabr 2025 17:13
40
Azərbaycan taekvondo millisi dünya çempionatına hazırlıqlarını başa vurub - FOTO

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.

İdman.Biz Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə istinadən xəbər verir ki, taekvondoçular oktyabrın 7-dən 17-dək Qubada keçirilən təlim-məşq toplanışında iştirak edib.

Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilən toplanış oktyabrın 24–30-da Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı doqquz idmançı (yeddi kişi və iki qadın) təmsil edəcək.

İdman.Biz