Elnur Amanov: “Bir qızıl az qazandıq” - İdman.Biz-ə MÜSAHİBƏ + VİDEO

Müsahibə
30 Sentyabr 2025 19:34
62
Elnur Amanov: “Bir qızıl az qazandıq” - İdman.Biz-ə MÜSAHİBƏ + VİDEO

Bu gün taekvondoçularımız III MDB Oyunlarında çıxışlarını başa vurublar.

Komandamızın baş məşqçisi Elnur Amanov İdman.biz-ə əldə etdikləri nəticələri şərh edib.

- Dünən qazanılan üç qızıl medaldan sonra bu gün cəmi bir qızılımız var. 11 idmançımız yarımfinala çıxsa da, yalnız bir nəfər Vasif Səlimov finala yüksəlib...

- Və o, qalib gəldi! Beləliklə, uşaqlar öz çıxışlarını gözəl yekunlaşdırdılar.

- Demək, nəticələr sizi qane edir?

- Dörd qızıl medal çox yaxşı nəticədir. Bəli, heyif ki, bu gün yarımfinalda mübarizə aparan 11 taekvondoçumuzdan yalnız biri finala yüksəldi, amma bu, idmandır. Bəzilərinin bəxti gətirmədi, bəziləri isə finala yüksələcəyinə hədsiz əmin idi. İdmana həddindən artıq arxayınlıq heç vaxt yaxşı nəyəsə gətirmir. Amma mən əvvəlcə beş qızıl medal proqnozlaşdırmışdım, ona görə də səmimi etiraf edirəm ki, bir qızıl az qazandıq...

Hazırda çox güclü gənc idmançılarımız var. Medalçıların əksəriyyətinin böyüklər arasında yarışlarda özlərini təsdiq edəcəklər.

Mingəçevirdən Vüqar Vüqarlı

İdman.biz