Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 3-cü olublar

Xəbərlər
29 May 2025 17:43
39
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 3-cü olublar

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar.

İdman.biz xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda seçmə komandamızın üzvləri qarışıq-qoşa mübarizədə bürünc medala layiq görulüblər.

Mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.

İdman.biz