Stolüstü tennisçilərimiz Çinə yollanıb

Xəbərlər
8 May 2024 21:51
Stolüstü tennisçilərimiz Çinə yollanıb

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Çinə yollanıblar.

İdman.biz xəbər verir ki, idmançılarımız Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcəklər.

Millimiz Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq Avropa birinciliyinə Çində hazırlaşacaq. Təlim-məşq toplanışında komandanın heyətində Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yer alıb. Yığmanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə keçiriləcək hazırlıq mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində olacaq.

Qeyd edək ki, yeniyetmələrin Avropa birinciliyi mayın 22-də start götürəcək.

İdman.biz