Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək

Xəbərlər
4 Aprel 2024 14:08
Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək

Sabah stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, “Şüa” İdman Kompleksində keçiriləcək yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: