Azərbaycan tennisçiləri yarımfinalda mübarizəni dayandırdı

Xəbərlər
28 Sentyabr 2025 17:48
37
Azərbaycan tennisçiləri yarımfinalda mübarizəni dayandırdı

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının yarımfinalında mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət komanda qoşa yarışlarda Rusiya ilə qarşılaşıb.

Azərbaycan təmsilçiləri bu görüşdə rəqiblərinə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

İdman.biz