III MDB Oyunları: Stolüstü tennisçilərimizdən daha bir MEDAL

Xəbərlər
28 Sentyabr 2025 12:21
46
III MDB Oyunları: Stolüstü tennisçilərimizdən daha bir MEDAL

Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova III MDB Oyunlarının bürunc mükafatına layiq görülüblər.

İdman.biz xəbər verir ki, bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.

Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

İdman.biz