III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri yarımfinalda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarusdan olan rəqibləri ilə qarşılaşıblar.
Təmsilçilərimiz 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.