Azərbaycanda üzgüçülük üzrə Dünya kuboku keçiriləcək - VİDEO

Xəbərlər
30 İyul 2025 18:51
49
Azərbaycanda üzgüçülük üzrə Dünya kuboku keçiriləcək - VİDEO

Azərbaycan 2026-cı ildə üzgüçülük üzrə Dünya kubokuna ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının Sinqapurda keçirilmiş növbəti konqresində qərar qəbul olunub.

"Böyük İpək Yolu" adlanacaq seriya yarışları Azərbaycan, Özbəkistan və Qazaxıstanda təşkil ediləcək. Yarışlar 25 metrlik hovuzda keçiriləcək. Qazaxıstanın ev sahibliyi edəcəyi turnir oktyabrda Astanada olacaq. Hələlik, ölkəmizdə keçiriləcək yarışın tarixi bəlli deyil.

İdman.biz