“Azərbaycana ilk dəfədir gəlirik”.
İdman.biz xəbər verir ki, bunu Türkiyənin “İdman hər kəs üçün” Federasiyasının prezidenti vəzifəsini müvəqqəti icra edən Selim Koçak deyib.
O, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. Koçakın sözlərinə görə, özünü paytaxtımızada öz vətənindəki kimi hiss edir: “Bura bir zəncirin halqasını formalaşdırmaq üçün gəlmişik. İki qardaş ölkənin bir-biri ilə sıx əməkdaşlıq əlaqələrini formalaşdırmaq istəyirik. Bu kondekstdə də ilk addımı atdıq. Qarşıdakı günlərdə sizi də Türkiyədə gözləyirik”.
Qeyd edək ki, “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası idmançıları 15 yaş kateqoriyasında yarışacaqlar.
Banuçiçək Hüseynli
İdman.biz