Qızıldan sonra gümüş

Xəbərlər
22 Aprel 2024 22:37
Qızıldan sonra gümüş

Para-üzgüçü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa açıq çempionatında növbəti dəfə fəxri kürsüyə yüksəlib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının üzvü yarışda ikinci medalını qazanıb.

Saley 100 m məsafəyə kəpənək üzmədə finişə ikinci çataraq, gümüş mükafata yiyələnib. O, çempionatın ilk günündə eyni məsafəyə arxasıüstə üzmədə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz