Vəli İsrafilov qızıl qazanıb

Xəbərlər
24 Aprel 2024 22:04
Vəli İsrafilov qızıl qazanıb

Para-üzgüçümüz Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb.

Bu, Azərbaycan yığmasının çempionatda 3-cü medalı olub.

Qeyd edək ki, komandanın heyətində Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, kəpənək üsulla üzmədə isə gümüş medal qazanıb.

İdman.biz