Süleyman İsmayılzadə: "Gümüş medal qazandığım üçün sevincliyəm"

Xəbərlər
28 Sentyabr 2025 13:07
43
Süleyman İsmayılzadə: "Gümüş medal qazandığım üçün sevincliyəm"

“Üzgüçülük yarışının ilk günündə çox yaxşı nəticə qazandıq”.

İdman.biz xəbər verir ki, ki, bunu III MDB Oyunlarının üzgüçülük üzrə 1500 məsafəyə sərbəst üsulda yarışda gümüş medal qazanmış Azərbaycan təmsilçisi Süleyman İsmayılzadı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan üzgüçülərinin MDB Oyunları tarixində ilk dəfə medal qazandığını qeyd edib: “Bu bizim ölkəmiz üçün böyük uğurdur. Gümüş medal qazandığım üçün sevincliyəm. Gələcəkdə daha da yaxşı nəticə qazanmaq istəyirəm. Digər təmsilçilərimizə uğurlar arzulayıram, məşqçilərimlə federasiya rəhbərliyinə isə təşəkkür edirəm”.

İdman.biz