Elvin Zeynalov: “Bəhreynə böyük ümidlərlə gedirik”

Xəbərlər
23 Oktyabr 2024 07:43
348
Elvin Zeynalov: “Bəhreynə böyük ümidlərlə gedirik”

"Bəhreynə böyük ümidlərlə gedirik"

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın Gimnaziadakı nümayəndə heyətinin rəhbəri Elvin Zeynalov deyib.

O bildirib ki, oktyabrın 23-31-də Manamada keçiriləcək multiforumda komanda böyük heyətlə təmsil olunacaq.

"Nümayəndə heyətimiz sayına görə Bəhreyndə dördüncü, idmançıların sayına görə isə beşinci olacaq. Demək olar ki, bütün növlərdə komandalar 16 yaşadək aparıcı idmançılarla təmsil olunacaq və biz uğurlu çıxışa ümid edirik", - deyə Zeynalov əlavə edib.

Qeyd edək ki, Gimnaziadada Azərbaycanı 160 idmançı təmsil edəcək.

Gimnaziada bütün dünyada məktəblilər üçün kiçik Olimpiya Oyunları hesab olunur.

İdman.biz