Güllə atıcılığında ilk medalçılar bəlli olub - FOTO

Xəbərlər
1 May 2025 22:13
121
Güllə atıcılığında ilk medalçılar bəlli olub - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən gənclər arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə iki dəst medal öz sahibini tapıb.

Qızlar arasında tüfəng atıcılığı üzrə mübarizədə Elvira Allahyarova çempion olub. Oğlanların yarışında isə pnevmatik tapançadan atəşaçmada Zahid Sofiyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Tüfəng atıcılığı
1. Elvira Allahyarova
2. Aysu Hacıyeva
3. Əfsanə Elvina

Pnevmatik tüfəng atıcılığı
1. Zahid Sofiyev
2. Binyamin Rzayev
3. İlkin Həsənli

İdman.biz