Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazandı

Xəbərlər
28 Sentyabr 2025 21:02
46
Ruslan Lunev Avropa Kubokunda qızıl medal qazandı

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan atıcısı Ruslan Lunev yarışda birinciliyə yüksəlib.

25 metr məsafəyə atəş üzrə yarışda Lunev ardıcıl və dəqiq atışlarla 574 xal (14x) nəticə göstərərək güclü rəqiblərini geridə qoyaraq, qızıl medal qazanıb.

İdman.biz