Universiada: Azərbaycan avarçəkənləri mübarizəyə start verib - FOTO

Xəbərlər
25 İyul 2025 12:33
49
Universiada: Azərbaycan avarçəkənləri mübarizəyə start verib - FOTO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada avarçəkmə yarışlarına start verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yarışlar Duysburq şəhərində keçirilir.

Murad Sadıxov – Lev Dobryantsev dueti akademik avarçəkmə üzrə təsnifat mərhələsində dördüncü nəticə göstərib.

Birnəfərlik qayıqda çıxış edən Nurlan Paşayev isə təsnifat mərhələsində beşinci yerdə qərarlaşıb.

Zəki Feyzullayev
İdman.biz