Avarçəkənlərimiz Dünya kubokunda mübarizə aparacaq

Xəbərlər
26 İyun 2025 09:32
38
Avarçəkənlərimiz Dünya kubokunda mübarizə aparacaq

İyunun 27-29-da İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, mötəbər yarışda 44 ölkədən 500-dən artıq idmançı iştirak edəcək.

Azərbaycanı Dünya kubokunda 6 avarçəkən təmsil edəcək. Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Murad Sadıxov, Fyodor Tixanov, Nikita Eskin və Lev Dobriantsev medalçılar sırasına düşməyə çalışacaq.

İdman.biz