Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Kanoe Federasiyasının (ICF) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən məşqçilər üçün 1-ci dərəcəli kurs başa çatıb.
İdman.biz xəbər verir ki, Level 1 kurslarında ölkəmizin müxtəlif bölgələrindən ümumilikdə 17 nəfər məşqçi iştirak edib.
Azərbaycanda ilk dəfə kanoe və avarçəkmə növü üzrə təlimlər 7 gün davam edib.
Bağlanış mərasimində MOK-un Beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, AKAF-ın baş katibi Fərhad Əliyev, ICF-in məşqçi-instruktoru Aleksandar Petrovic iştirak ediblər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq federasiya tərəfindən göndərilən sertifikatlar təqdim olunub.
İdman.biz