Avarçəkənlərimiz “Bratislava Reqatası”nda iştirak edəcəklər

Xəbərlər
21 May 2025 23:37
39
Avarçəkənlərimiz “Bratislava Reqatası”nda iştirak edəcəklər

Mayın 23-25-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışa 5 idmançı ilə yollanıb.

Komandamızın heyətində kayak növündə Amil Ramazanov, Əlimurad Hacızadə, Elvin Əliyev, Niyaz Məlikov yarışacaq. Tatyana Smilovenko isə kanoe yarışlarında medal qazanmağa çalışacaq.

Qeyd edək ki, “Bratislava Reqatası”nda 20-dən çox ölkənin idmançıları mübarizə aparacaq.

İdman.biz