Avarçəkmə təlimi keçirilib - FOTO

Xəbərlər
1 Oktyabr 2023 00:06
277
Avarçəkmə təlimi keçirilib - FOTO

Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində sentyabrın 30-da avarçəkmə təlimi keçirilib.

İdman.biz-in məlumatına görə, təlim Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə birgə təşkil edilib.

“Dədə Qorqud" parkı ərazisində baş tutan tədbirdə bütün yaş qruplarından olan sakinlər proqrama qoşularaq mütəxəssislərin rəhbərliyi altında avarçəkmə qaydalarını öyrəniblər.

İdman.biz