Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Xəbərlər
30 Avqust 2025 17:19
68
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında sentyabrın 2-3-də akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.

İdman.biz