Avarçəkmə üzrə açıq Bakı birinciliyi start götürüb - FOTO

Xəbərlər
24 İyun 2024 12:36
218
Avarçəkmə üzrə açıq Bakı birinciliyi start götürüb - FOTO

Avarçəkmə üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə AKAF-ın baş katibi Fərhad Əliyev və qurumun digər rəsmiləri iştirak ediblər.

Bulvar ərazisində, federasiyanın qarşısında keçirilən yarışda paytaxtla yanaşı, Mingəçevirdən olan 60-a yaxın yeniyetmə və gənc avarçəkən mübarizə aparacaq.

Qeyd edək ki, bir gün davam edəcək yarışda idmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində güclərini sınayacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: