Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcək

Xəbərlər
24 Aprel 2024 13:00
113
Avarçəkənlərimiz Olimpiya Təsnifat Reqatasında iştirak edəcək

Aprelin 25-28-də Macarıstanın Seqed şəhərində akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatası və Avropa çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançıları hər iki yarışda iştirak edəcəklər.

Diana Dımçenko və Bəhmən Nəsiri Avropa Olimpiya Təsnifat Reqatasında mübarizə aparacaq. Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində A finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığma komandamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək.

İdman.biz

Məqalədə: