Avarçəkənimiz İtaliyada gümüş medal qazanıb - FOTO

Xəbərlər
26 Mart 2024 14:49
Avarçəkənimiz İtaliyada gümüş medal qazanıb - FOTO

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, sayca 38-ci dəfədir keçirilən yarışda yığmanın Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer alıb.

O, 1 nəfərlik qayıqda 2000 m məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas - A finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir neçə saniyə ayırıb (08:05:47). Serbiyalı Arsik Yovanadan (08:01:16) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub.

Qeyd edək ki, Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub.

İdman.biz

Məqalədə: