Kanoe və Avarçəkmə Federasiyasından aksiya - FOTO - VİDEO

Xəbərlər
18 Mart 2024 17:30
Kanoe və Avarçəkmə Federasiyasından aksiya - FOTO - VİDEO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Mingəçevirdə "Kür" Olimpiya Tədris-idman Mərkəzində təmizlik aksiyası təşkil edib.

İdman.biz xəbər verir ki, tədbir Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakteri ilə keçirilib.

Aksiyada AKAF-ın idmançı və məşqçi heyəti, federasiya rəsmiləri, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyi, Mingəçevir şəhər icra hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir. Təmizlik aksiyası zamanı həm "Kür" OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.

İdman.biz