Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.
İdman.biz xəbər verir ki, tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb. AKAF “2023-cü ilin idman federasiyası” nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası “İlin idman tədbiri” nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib.
“Prezident kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə “2023-cü ilin ən yaxşı idman qurğusu” nominasiyasında birinci yerə layiq görülüb.
İdman.biz