Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qüvvələrini sınayacaqlar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, yarış martın 6-dan 12-dək davam edəcək.
Turnirdə kişi idmançılardan Elcan Səmədzadə (49 kq), Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (97 kq) və İlhamiz Kərimov (+107 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə ölkəmizi Zəhra Dadaşova (61 kq) təmsil edəcək.
