Azərbaycan parapauerliftinqçisi Rəsul Zəkiyev Misirin paytaxtı Qahirədə start götürən dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, 19 yaşlı idmançı (88 kq) çəki dərəcəsində qüvvəsini sınayaraq üç hərəkətin cəmində 343 kq nəticə göstərib və bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan millisini yarışda, həmçinin Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), İlhamiz Kərimov (107 kiloqram), Zəhra Dadaşova (61 kiloqram) və Leyla Kərimova (79 kiloqram) təmsil edirlər.
12:43
Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvləri bu gün Misirin paytaxtı Qahirədə start götürəcək dünya çempionatında çıxış edəcəklər.
Milli Paralimpiya Komitəsindən İdman.Biz-ə bildirilib ki, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (88 kq), İlhamiz Kərimov (107 kq), Zəhra Dadaşova (61 kq) və Leyla Kərimova (79 kq) qüvvələrini sınayacaqlar.