Azərbaycan parapauerliftinqçiləri Avropa Açıq çempionatını 12 medalla başa vurublar - YENİLƏNİB

10 Mart 2026 19:06
172
Azərbaycan parapauerliftinqçiləri Avropa Açıq çempionatını 12 medalla başa vurublar

Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Avropa Açıq çempionatını 12 medalla başa vurub.

İdman.Biz xəbər verir ki, 16 yaşlı paralimpiyaçı İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında qalib olub.

15 yaşlı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medal qazanıb.

19 yaşlı Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medala sahib çıxıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

16:54

Azərbaycan parapauerliftinqçisi İlhamiz Kərimov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı 107 kq-dan yuxarı çəki dərəcəsində mübarizə apararaq fəxri kürsüyə qalxıb.

Paralimpiyaçımız ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək yeniyetmələr arasında qalib olub.

İdman.Biz