“Doqquz nömrə” – TƏHLİL

Təhlil
10 Avqust 2024 09:09
697
“Doqquz nömrə” – TƏHLİL

Alfonso Dominqes Olimpiadalar tarixinə düşüb.

İdman.biz xəbər verir ki, boksçumuz ən azı 2 medal qazanan Azərbaycan idmançıları siyahısına daxil olub.

Tokio-2020-dəki bürüncünü Paris-2024-də daha da yaxşılaşdıran əlcək sahibi Azərbaycan tarixində 9-cu ikiqat mükafatçı olub. Ona qədər 8 idmançımız ən azı iki olimpiya medalı qazanıb.

Alfonsonun 9-cu kimi daxil olduğu siyahıdan yer alanlardan biri – Mariya Stadnikin 4 mükafatı var. Xetaq Qazyumov isə üç dəfə fəxri kürsüyə qalxıb. Digər 7 təmsilçimiz iki dəfə fərqlənib.

Namiq Abdullayev (sərbəst güləş) – 1 qızıl, 1 gümüş
Toğrul Əsgərov (sərbəst güləş) – 1 qızıl, 1 gümüş
Zemfira Meftahətdinova (stend atıcılığı) – 1 qızıl, 1 bürünc
Şərif Şərifov (sərbəst güləş) – 1 qızıl, 1 bürünc
Mariya Stadnik (qadın güləşi) – 2 gümüş, 2 bürünc
Rövşən Bayramov (yunan-Roma güləşi) – 2 gümüş
Xetaq Qazyumov (sərbəst güləş) – 1 gümüş, 2 bürünc
Hacı Əliyev (sərbəst güləş) – 1 gümüş, 1 bürünc
Alfonso Dominqes (boks) – 1 gümüş, 1 bürünc

Vüqar Xeyrullayev
İdman.biz