Tomas Bax Paris-2024 Olimpiadasını sevgi tarixi adlandırıb

Xəbərlər
9 Avqust 2024 18:52
192
Tomas Bax Paris-2024 Olimpiadasını sevgi tarixi adlandırıb

"Paris Yay Olimpiya Oyunları - sevgi tarixidir".

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.

BOK-un rəhbəri bu gün keçirilən mətbuat konfransında Paris-2024 Olimpiadasında təşkilatçılığı yüksək qiymətləndirib: "Olimpiadanın təşkilində böyük uğura nail olduq. Parisin küçələrində, Olimpiya Kəndində insanların və idmançıların çöhrəsindəki təbəssümü görə bilərsiniz. Fransada Oyunlara marağı, insanlara isti münasibəti hər yerdə hiss etmək mümkündür. Hamı Paris-2024 Olimpiadasına heyrandır".

Qeyd edək ki, Fransa paytaxtında iyulun 26-da start götürən olimpiadaya avqustun 11-də yekun vurulacaq.

İdman.biz