Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib - VİDEO - FOTO

8 Avqust 2024 10:04
690
Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiadada gümüş medal qazanması ilə bağlı paylaşım edib - VİDEO - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında taekvondoçu Qaşım Maqomedovun Olimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, paylaşımda deyilir: “Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.

İdman.biz