32 ildən sonra

Xəbərlər
4 Avqust 2024 17:27
778
32 ildən sonra

Çin kişi stolüstü tennisçiləri 32 ildən sonra olimpiadada 1 medalla kifayətləniblər.

İdman.biz xəbər verir ki, Barselona-92 Olimpiadasından sonra çinlilər ən azı 2 medal qazanıblar.

Paris-2024-də Fan Çjendun qızıla yiyələnib. O, finalda isveçli Truls Moreqrada 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, son 3 Oyunlarda Çin kişi tennisçilər qızıl və bürüncə sahib çıxıblar. Pekin-2008-də isə onlar hər 3 əyarlı medalı qazanıblar.

İdman.biz