Məryəm Şeyxəlizadəxangah: “Gələcəkdə daha yaxşı çıxış etməyə çalışacam”

Xəbərlər
3 Avqust 2024 14:39
504
Məryəm Şeyxəlizadəxangah: “Gələcəkdə daha yaxşı çıxış etməyə çalışacam”

"Yarış mənim üçün yaxşı keçdi. Pis alınmadı".

Bunu İdman.bizə Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah deyib.

O, Olimpiadadakı iştirakını dəyərləndirib. Şeyxəlizadəxangah sözlərinə görə, mübarizə apardığı 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında rəqabət yüksək olub: "79 üzgüçü sürətini yoxlayırdı. Bu səbəbdən də rəqabət yüksək idi. Parisdə indiyədək bağlı hovuzda ən yaxşı nəticəmi göstərdim. Gələcəkdə daha yaxşı çıxış etməyə çalışacam".

Tokio-2020-də də iştirak etmiş idmançı Yaponiya paytaxtında yarışın daha yaxşı təşkil olunduğunu deyib. O bildirib ki, Paris-2024-də qidalanma və nəqliyyat baxımından heç də hər şey qaydasında olmayıb.

Qeyd edək ki, Şeyxəlizadəxangah təsnifat mərhələsində 35-ci yeri tutub. 6-cı qrupda finişə 26,76 saniyəyə çatan üzgüçümüz həmin "səkkizlik"də 3-cü olub. Ümumilikdə isə 79 idmançı arasında ən yaxşı nəticəyə malik 16 üzgüçü yarımfinala adlayıb.

İdman.biz