Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Paris-2024: Dörd qızıl, dörd Olimpiya rekordu - İdman və Biz

Paris-2024: Dörd qızıl, dörd Olimpiya rekordu

Xəbərlər
2 Avqust 2024 23:33
1 457
Paris-2024: Dörd qızıl, dörd Olimpiya rekordu

Fransalı üzgüçü Leon Marşan Paris-2024 Olimpiadasında 4-cü dəfə fəxri kürsünün ən yüksık pilləsində yer alıb.

İdman.biz xəbər verir ki, o, 200 m məsafəyə qarışıq üsulla üzmədə 1-ci yeri tutub.

22 yaşlı idmançı bundan əvvəl 200 m məsafələrə brass və batterflyay, eləcə 400 m məsafəyə qarışıq üsulla üzmədə qızıl medal qazanıb. Marşan hər 4 yarışda həm də yeni Olimpiya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, Leon bu gün 1.54,06 nəticə ilə amerikalı Maykl Felpsin 16 illk rekordunu yeniləyib.

İdman.biz