Paris-2024: Başta 1/8 finalda dayanıb - FOTO

Xəbərlər
29 İyul 2024 16:19
1 606
Paris-2024: Başta 1/8 finalda dayanıb - FOTO

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Azərbaycan qılıncoynadanı Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sablyaçımız 1/16 finalda Çin idmançısı Yanq Henqyunu 15:9 hesabı ilə məğlub edib. İdmançımız 1/8 finalda adlı-sanlı ukraynalı Olqa Xarlanla görüşüb. 6:15 hesabı ilə uduzan Başta Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, Azərbaycanın qılıncoynatma millisi Paris-2024-də yalnız Başta ilə təmsil olunurdu.

***

13:00

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Azərbaycan qılıncoynadanı Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Sablyaçımız 15:9 hesabı ilə qalib gəlib.

O, 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.

***

10:29

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün qılıncoynatma yarışlarında növbəti mükafatlar sahiblərini tapacaq.

Azərbaycan qılıncoynadanı Anna Başta da Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan başlayacaq. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olacaq. Sablyaçıların yarışı Bakı vaxtı ilə 12:25-də start veriləcək.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.

İdman.biz