Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangahın rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, qadınların 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında ümumilikdə 79 idmançı mübarizə aparacaq.
Avqustun 3-də keçiriləcək təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:00-da start veriləcək. Məryəm 6-cı qrupda yer alacaq. O, 5-ci zolaqda üzəcək.
Olimpiyaçımızın rəqibləri Adaku Nvandu (Nigeriya), Anahira Makkutçeon (Fici), Joselle Mensa (Qana), Apsara Katarina Sakbum (Kamboca), Hana Beiqi (Kosovo), Yelizaveta Peçerskix (Qırğızıstan), Antsa Rabejaona (Madaqaskar) olacaq. İdmançımız həmin gün keçiriləcək yarımfinala adlamaq üçün ümumi sıralamada 16 üzgüçü sırasına düşməlidir. Dünya rekordçusu isveçli Sara Syoestryom 10-cu “səkkizlik”də mübarizə aparacaq.
Qeyd edək ki, bu növdə final mərhələsi avqustun 4-də keçiriləcək.
İdman.biz