XXXIII Yay Olimpiya Oyunlarına qələbə ilə başlayan boksçumuz Alfonso Dominqes Paris-2024 Olimpiya Kəndində alqışlarla qarşılanıb.
İdman.biz xəbər verir ki, olimpiadaya qələbə ilə start verən yığmamızın üzvü həm də ad gününü qeyd edib.
Azərbaycan nümayəndə heyətinin ofisində bu münasibətilə tort kəsilib. Olimpiya yığmasının üzvləri Alfonsonu həm qələbə, həm də doğum günü münasibətilə təbrik edib.
Qeyd edək ki, Dominqes olimpiadanın 1/8 finalında Xulio Sesar la Krusa (Kuba) 3:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək.
İdman.biz