Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün daha 13 dəst medal sahibini tapacaq.
Azərbaycan millisinin üç idmançısı mübarizəyə qoşulacaq. Cüdo yığmamızın iki üzvü tatamiyə çıxacaq.
Yaşar Nəcəfov 66 kq çəkidə çıxış edəcək. Olimpiya millimizin bayraqdarı Gültac Məmmədəliyeva isə 52 kq çəkidə qüvvəsini sınayacaq.
Bu gün boks millimiz üçün də Olimpiadaya start verilir. Rinqə çıxacaq ilk təmsilçimiz Alfonso Dominqes olacaq. O, 92 kq çəkidə 1/8 final döyüşünə çıxacaq.
28 iyul
12:00. Cüdo, kişilər, 66 kq
1/16 final
Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)
12:00. Cüdo, qadınlar, 52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)
18:18. Boks, 92 kq
1/8 final
Alfonso Dominqes - Xulio Sesar la Krus (Kuba)
İdman.biz