Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış güləşçilər üçün maarifləndirici seminar təşkil edib.
İdman.biz xəbər verir ki, Qubada keçirilən seminarda Olimpiadaya aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.
Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.
Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.
İdman.biz