Parataekvondoçularımızdan Tehranda 3 medal - FOTO

Xəbərlər
20 Fevral 2024 21:29
Parataekvondoçularımızdan Tehranda 3 medal - FOTO

Bu gün İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçirilib.

İdman.biz xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qüvvəsini sınayan Azərbaycan milli komandası 3 medal qazanıb.

Yığmanın heyətində İmaməddin Xəlilov (70 kq) gümüş mükafata sahib olub. Sabir Zeynalovla (58 kq) Şahmar Quliyev (+80 kq) isə bürünc medala yiyələnib.

Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparıb.

İdman.biz