Paralimpiya çempionumuzdan gümüş medal

Xəbərlər
15 Fevral 2024 16:05
Paralimpiya çempionumuzdan gümüş medal

Azərbaycan millisinin paraatletika Oloxan Musayev (F55) gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, Paralimpiya çempionu bu mükafata BƏƏ-nin Dubay şəhərində keçirilən Qran-pridə sahib olub.

O, nüvə itələmə yarışında 10,92 m nəticə göstərərək ikinci yeri tutub.

İdman.biz

Məqalədə: