Hidayət Heydərov və Zelim Kotsoyev gənc paracüdoçularla birgə məşqlərə qoşulub - FOTO

Xəbərlər
29 Oktyabr 2025 14:43
45
Hidayət Heydərov və Zelim Kotsoyev gənc paracüdoçularla birgə məşqlərə qoşulub - FOTO

Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçularımızın olimpiyaçılarımızla birlikdə məşqlərinə start verilib.

Bu barədə İdman.Biz-ə MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Məşqdə Olimpiya çempionlarımız Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.

Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.

İdman.Biz